QAFQAZ » SİYASƏT
02 Mart 2021, 12:14 (GMT +4)

Tbilisidə keçirilən etiraz aksiyasında yeddi nəfər saxlanılıb

Bakı, 2 mart, SalamNews. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları millət vəkili, "Vahid Milli  Hərəkat" partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması tələbi ilə parlament binası yaxınlığında keçirilən mitinqin yeddi iştirakçısını saxlayıb. SalamNews xəbər verir ki, bu barədə "TASS" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

"Yeddi nəfərin saxlanıldığı təsdiq edilir. Onlar polisə tabe olmadıqlarına görə inzibati qaydada həbs ediliblər", mətbuat xidmətinin əməkdaşı bildirib.

Tiflisdə parlament binası yaxınlığında müxalifətin mitinqi səhər saatlarından davam edir. Nümayişçilər parlamentin girişinə toplaşaraq qanunverici orqana gələn millət vəkillərini fitə basır.

Bəzən polislə qarşıdurmalar yaşanır.

Etirazçılar avtomobillərin keçə bilməməsi üçün küçələri bağlamağa çalışırlar, lakin polis dəstələri buna imkan vermir.