DÜNYA » SİYASƏT
25 Fevral 2021, 12:34 (GMT +4)

Mütəhhəri İran prezident seçkilərinə namizədliyini irəli sürüb

Bakı, 25 fevral, SalamNews, B.Samid. Mərhum mütəfəkkir Mürtəza Mütəhhərinin oğlu Əli Mütəhhəri qarşıda gələn prezident seçkilərinə namizədliyini irəli sürüb.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə Əli Mütəhhəri bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bildirib ki, gələn il (2021-ci il iyun ayı) keçiriləcək 13-cü prezident seçkilərinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, 63 yaşlı siyasətçi İran İslam İnqilabının ən tanınmış mütəfəkkirlərindən biri, Mürtəza Mütəhhərinin oğlu, 3 mərhələdə deputat olmuş, lakin İran Parlamentinin 11-ci seçkilərində səlahiyyəti qəbul edilməmiş siyasətçidir. O həm də sabiq spiker Əli Laricaninin qaynıdır.