RUSİYA » CƏMİYYƏT
24 Fevral 2021, 13:27 (GMT +4)

Rusiyada son sutkada 11.749 nəfər COVID-19-a yoluxub

Bakı, 24 fevral, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxma hallarının sayı 11.749 nəfər artaraq 4.200.902-yə çatıb.

SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə virusla  mübarizə üzrə federal əməliyyat qərargahından jurnalistlərə məlumat verilib.

Koronavirusdan ölənlərin sayı son sutkada 383 nəfər artıb.

Ölkədə ümumilikdə 84.430 nəfər xəstəliyin yaratdığı fəsadlardan ölüb.