DÜNYA » SİYASƏT
27 Yanvar 2021, 17:16 (GMT +4)

ABŞ “Moderna” və “Pfizer” şirkətlərindən daha 200 milyon peyvənd alacaq

Bakı, 27 yanvar, SalamNews. ABŞ höküməti tezliklə “Moderna” və “Pfizer” şirkətlərinin hazırladıqları koronavirus peyvəndlərinin hər birindən əlavə 100 milyon doza almağa hazırlaşır.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ evdə çıxış edən ABŞ prezidenti Co Bayden bəyanat verib. 
“Əlavə 200 milyon peyvəndin yayda təmin ediləcəyini gözləyirik”, - Bayden deyib. 
Prezidentin sözlərinə görə, preparatlar artıq sifariş edilib və Administrasiya tezliklə sifarişi rəsmən təsdiqləyəcək. Bayden əlavə edib ki, beləliklə koronavirusa qarşı sifariş edilmiş peyvənd dozalarının ümumi sayı 600 minə çatacaq və bu, payızadək 300 milyon amerikalının peyvənd olunmasına kifayət edəcək.  
ABŞ-da hər həftə 10 milyon koronavirus peyvəndi dozasının ştatlara və ərazilərə çatdırıldığı bildirilir.