RUSİYA » CƏMİYYƏT
27 Yanvar 2021, 14:11 (GMT +4)

Qarabağdakı Rusiya sülhməramlıları koronavirusa qarşı peyvəndlənib

Bakı, 27 yanvar, SalamNews. Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinə koronavirus peyvəndi vurulub.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə sülhməramlı qüvvələrin nümayəndəsi polkovnik Dmitri Perepelkin məlumat verib.

"Sülhməramlı kontingent heyətinin peyvəndlənmə mərhələsi başa çatıb. Cədvələ uyğun olaraq, hazırda 1,9 mindən çox rusiyalı hərbi qulluqçu peyvənd olunub", Perepelkin jurnalistlərə bildirib.

O qeyd edib ki, Qarabağda atəşkəs qorunur, atəşkəs pozuntuları qeydə alınmayıb.