RUSİYA » SİYASƏT
23 Yanvar 2021, 17:06 (GMT +4)

Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

Bakı, 23 yanvar, SalamNews. Rusiya Daxili İşlər Nazirliyi, Moskvada Puşkin meydanında keçirilən icazəsiz aksiya ilə bağlı açıqlama yayıb. SalamNews RT-yə istinadla xəbər verir ki, aksiyada 4 minə yaxın insan iştirak edir.

"Təxminən 4 min nəfər Moskvadakı Puşkin meydanında icazəsiz aksiya keçirmək üçün toplanıb", açıqlamada deyilir. 

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi qanunsuz aksiya zamanı yol verilən hər cür təxribat xarakterli addımların araşdırılacağını açıqlamışdı.

Həmçinin İstintaq Komitəsi sosial şəbəkələrdə yetkinlik yaşına çatmayanların 23 yanvarda keçirilən icazəsiz  mitinqlərdə iştirak etməsi üçün edilən çağırışlarla da bağlı cinayət işinin açıldığını bildirib.