RUSİYA » SİYASƏT
23 Yanvar 2021, 16:58 (GMT +4)

Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

Bakı, 23 yanvar, SalamNews. Moskavada icazəsiz aksiya iştirakçılarının  həbsləri başlayıb. Həbs edilənlərin böyük qismi cavanlardır.

SalamNews bu barədə İnterfaks-a istinadən xəbər verir.

Hüquq mühafizə orqanları əməkdaşları səsgücləndiricilər vasitəsi ilə aksiya iştirakçılarına xəbərdarlıq verib.

Moskvadakı Puşkin meydanında şairin abidəsi qarşısında onlarla insan toplanıb. İştirakçıların  əksəriyyəti gənclərdir, bəzilərinin isə 18 yaşı heç yoxdur.

Aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub. Həbslər davam edir.

Mitinqə Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da iştirak edir.

Bəzi KİV-lər onun da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldığını yazır.

Navalnının həbsindən sonra internetdə ona dəstək üçün kütləvi mitinqlərin təşkilinə dair çağırışlar edilib.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi, icazəsiz aksiya təşviqatçılarının inzibati məsuliyyətə cəlb olunacağını açıqlayıb.

Qeyd edək ki, Navalnının vəziyyəti ötən il avqustun 20-də Tomskdan Moskvaya uçarkən yolda pisləşib.

İlk iki gündə bloggerə Omsk xəstəxanasının həkimləri kömək edib.

Onu süni komaya salıblar. 22 avqustda Navalnı Berlindəki klinikaya göndərilib.

Yanvarın 17-də Rusiyaya qayıdan Navalnı  "Şeremetevo" hava limanında saxlanılıb.