DÜNYA » SİYASƏT
23 Yanvar 2021, 16:26 (GMT +4)

Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

Bakı, 23 yanvar, SalamNews, B,Samid. “Bundan sonra heç bir yeni nüvə sazişi və ya ona əlavələr ola bilməz. Ballistik raket proqramı da ölkənin müdafiə məsələsidir. Bu müzakirə obyekti ola bilməz.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi İtaliya mətbuatına müsahibəsində deyib.

İran rəsmisi Co Bayden Administrasiyasının nüvə sazişinə qayıtmaq istəyinə və sabiq sazişə bəzi əlavələrin edilməsilə bağlı tələblərə münasibət bildirib.

O bildirib ki, İranın ballistik raketlər proqramının və sair milli müdafiə məsələlərinin, nüvə sazişinə əlavə edilməsi və raketlər proqramının müzakirəyə çıxarılması qeyri-mümkündür.

Abbas Əraqçi bildirib ki, “İran ABŞ-la təmas qurmaq niyyətində deyil, əgər ABŞ istəyirsə elə sanksiyaları qaldırıb, sazişə qayıda bilər və bunun üçün müzakirə aparmağa da ehtiyac yoxdur.”

Qeyd edək ki, Donolad Tramp Administrasiyası, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxaraq, İrana qarşı sərt sanksiyalara başlayıb. İran da nüvə sazişində yer almış neft gəlirləri və maliyyə köçürmələrilə bağlı problemlərin ortaya çıxmasına görə, sazişdəki öhdəliklərini azaldıb. Co Bayden Administrasiyası isə İranla yeni nüvə sazişi əldə etmək niyyətində olduğunu bildirir.