MDB ÖLKƏLƏRİ » CƏMİYYƏT
23 Yanvar 2021, 16:50 (GMT +4)

Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

Bakı, 23 yanvar, SalamNews. Yeni növ COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının sayı Ukraynada sutka ərzində 4928 nəfər artaraq 1 187 897-yə çatıb.

SalamNews UNİAN-a istinadən xəbər verir ki, epidemiyanın yayılmasının monitorinqi sisteminin məlumatlarında belə deyilir.

Ötən 24 saat ərzində təhlükəli infeksiya səbəbilə Ukraynada 116 nəfər vəfat edib. Bu ölkədə ölümlə nəticələnən COVID-19 hallarının ümumi sayı isə 21 778 nəfərə çatıb.

Ümumilikdə, Ukraynada 942 108 COVID-19 xəstəsi sağalıb, o cümlədən 13 138 nəfər ötən gün ərzində sağlamlığına qovuşub.