QAFQAZ » HADİSƏLƏR
23 Yanvar 2021, 15:09 (GMT +4)

Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

Bakı, 23 yanvar, SalamNews. Ermənistandakı Rusiya hərbi bazasında müqavilə əsasında xidmət edən rusiyalı hərbçi Gümrüdə baş verən yol qəzasında ölüb.

SalamNews xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairənin mətbuat xidmətindən TASS-a məlumat verilib.

“Gümrü qarnizonunun komandanlığı, Ermənistan Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə Gümrü şəhərində hərbi qulluqçunun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsini araşdırır", məlumatda deyilir.