DÜNYA » SİYASƏT
23 Yanvar 2021, 14:15 (GMT +4)

 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

Bakı, 23 yanvar, SalamNews. Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib.

SalamNews RT-yə istinadən xəbər verir ki, ümumilikdə ölkədə pandemiya dövründə  2.122.679 COVID-19-a yoluxma qeydə alınıb.

Bu barədə  Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada son sutkada 879 koronavirus xəstəsi olmaqla ümumilikdə 51.521 nəfər ölüb.

Qeyd edək ki, Almaniyada əvvəllər Braziliyada tapılmış koronavirus növünə yoluxma qeydə alınıb.