DÜNYA » SİYASƏT
22 Yanvar 2021, 09:44 (GMT +4)

Senatda Trampın impiçment prosesinin 13 fevrala qədər təxirə salınması təklif edilir

Bakı, 22 yanvar, SalamNews. Senatda respublikaçıların lideri Mitç Makkonel (Kentukki ştatı) keçmiş prezident Donald Trampın impiçment proseduru üçün cədvəl təklif edib, prosesin 13 fevraldan sonra yuxarı palatada başlaması nəzərdə tutulur.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq bəyanat qanunverici orqanın saytında yayımlanıb.

"Mən qarşıdan gələn impiçment prosesinin ilk mərhələsi üçün təklif olunan cədvəli Şumerə göndərdim və bu mövzuda onunla müzakirələrin davam etməsini səbirsizliklə gözləyirəm", o qeyd edib.

Respublikaçılar ümid edir ki, proses "tam və ədalətli şəkildə" keçəcək.