DÜNYA » CƏMİYYƏT
21 Yanvar 2021, 16:28 (GMT +4)

Yaponiya 300 milyondan çox COVID-19 peyvənd dozası alacaq

Bakı, 21 yanvar, SalamNews. Fevral ayının sonlarından başlayaraq ölkə vətəndaşlarının peyvənd olunması məqsədilə Yaponiya koronavirusla mübarizə üçün 310 milyon dozadan ibarət peyvəndin ölkəyə gətirilməsini təmin edəcək.
SalamNews RT-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Yosixide Suqa məlumat verib.
“Dünən “Pfizer” şirkəti ilə müqavilə imzaladıq. Beləliklə, ümumilikdə 310 milyon dozadan ibarət peyvəndi ölkəyə gətirə biləcəyik”, - baş nazir deyib.
TASS bildirir ki, daha öncə, Yaponiya höküməti COVID-19 koronavirus infeksiyasının yayılması ilə əlaqədar daha yeddi prefekturanın fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi zonaya aid edildiyini bildirmişdi.