RUSİYA » SİYASƏT
19 Yanvar 2021, 17:20 (GMT +4)

Peskov bəyan edib ki, Navalnı ilə bağlı vəziyyət Putinin xüsusi diqqətini tələb etmir

Bakı, 19 yanvar, SalamNews. Aleksey Navalnı işi və məhkəmə prosesi çərçivəsində onun hüquqlarının qorunması ilə bağlı vəziyyət Rusiya prezidenti Vladimir Putinin xüsusi diqqətini tələb etmir.  
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. 
“Bu, prezidentin xüsusi diqqətini tələb edən vəziyyət deyil”, - Peskov deyib.
Onun sözlərinə görə, bütün ölkə vətəndaşlarının hüquqları qanunlarla və Rusiyanın nəzarət qurumları tərəfindən qorunur və bu hal istisna deyil.