DÜNYA » SİYASƏT
18 Yanvar 2021, 17:11 (GMT +4)

Suriya İranla İsrailin qarşıdurmasının meydanına çevrilməməlidir - Sergey Lavrov

Bakı, 18 yanvar, SalamNews, B,Samid. “İsrail Suriyadan özünə qarşı təhdid görürsə bizə bildirməlidir. Suriya İran və İsrailin qarşıdurmasının meydanına çevrilməməlidir.”

SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya İsraildən, Suriyadan gələ biləcək təhdidlə bağlı məlumatlandırmanın olmasını istəyib.

“Ola bilər İsrail Suriyadan mümkün təhdidlərə cavab verməyə məcbur qalsın. Biz dəfələrlə İsrail tərəfə bildirmişik ki, belə bir təhdidlər varsa, bizi məlumatlandırsınlar. Bununla yanaşı Suriya İranla İsrailin qarşıdurma meydanına da çevrilməməlidir”, deyə Sergey Lavrov qeyd edib.