AZƏRBAYCAN » İQTİSADİYYAT
18 Yanvar 2021, 13:30 (GMT +4)

Nazir müavini: 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib

Bakı, 18 yanvar, SalamNews. “Bu günə qədər 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib. Eləcə də son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi ev, 400 müharibə əlilinə avtomobil verilib”.

SalamNews-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O qeyd edib ki, keçmiş köçkünlər üçün tikilən mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi prosesi bitmək üzrədir: “Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib”.