DÜNYA » SİYASƏT
16 Yanvar 2021, 13:54 (GMT +4)

Reuters: Tramp Mərakeşin yüksək səviyyəli mükafatına layiq görülüb

Bakı, 16 yanvar, SalamNews. ABŞ prezidenti Donald Tramp, krallıq və İsrail arasındakı münasibətlərin tənzimlənməsindəki roluna görə Mərakeşin ən yüksək mükafatına layiq görülüb. 

Bu barədə "Reuters" xəbər agentliyi ABŞ prezident administrasiyasının yüksək səviyyəli məmuruna istinadən xəbər verir.

Krallığın ABŞ-dakı səfiri şahzadə Lalla Jumala Alayi Oval Ofisdəki mərasimdə mükafatı Trampa təqdim edib.

SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, bu Mərakeş kralı VI Məhəmmədin hədiyyəsidir.

Qeyd edilir ki, mətbuat nümayəndələri mərasimə buraxılmayıb.