AZƏRBAYCAN » CƏMİYYƏT
12 Yanvar 2021, 16:14 (GMT +4)

ƏƏSMN: Daha bir qazi yüksək texnologiyalı protezlə təmin ediləcək

Bakı, 12 yanvar, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.

Nazirlikdən SalamNews-a bildirilib ki, ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib. 

7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra A.Yusifovdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.