AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Dekabr 2020, 15:59 (GMT +4)

QHT-lərə Dövlət Dəstək Şurası "ASAN Xidmət"lə əməkdaşlığa başlayır

Bakı, 22 dekabr, SalamNews. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Katibliyi fəaliyyəti ilə bağlı yeni proqram təminatlarının yaradılması, o cümlədən proqram təminatı məhsullarının funksionallığının genişləndirilməsi və lazımi xidmətlərinin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

SalamNews vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") məxsus "İnnovasiyalar Mərkəzi" MMC-dir.

Qalib şirkətə 196,6 min manat ödəniləcək.