DÜNYA » SİYASƏT
30 Oktyabr 2020, 16:46 (GMT +4)

Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

Bakı, 30  oktyabr, SalamNews. Türkiyənin İzmir şəhərinin Buca və Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bir neçə bina çöküb.

SalamNews “Haberler"ə istinadən xəbər verir ki, hadisə bölgəsində axtarış-xilasetmə işlər başlanıb.

İzmir şəhərinin meri Tunç Soyer 20-yə yaxın binanın uçduğuna dair məlumatlar daxil olduğunu  bildirib.

***

16:18

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

SalamNews xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.