DÜNYA » SİYASƏT
30 Oktyabr 2020, 14:58 (GMT +4)

İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

Bakı 30 oktyabr, SalamNews. B.Samid. İranda son sutka ərzində 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 604,952-ə çatıb.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.

Bildirilib ki, İranda son sutka ərzində 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 604,952-ə çatıb.

Əlavə edilib ki, son 24 saat ərzində İranda 365 koronavirus xəstəsi həyatını itirib və bu rəqəm ümumilikdə 34,478-ə çatıb.

Məlumata götə İranda beş milyona yaxın insan koronavirusla bağlı testlərdən keçib və yoluxanlardan 477 mini sağalıb.