AZƏRBAYCAN » SİYASƏT
28 Oktyabr 2020, 09:08 (GMT +4)

Mis filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 28 oktyabr, SalamNews. Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 1945,7 tonu mis filizləri və konsentratlarının payına düşüb.

SalamNews Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb.

Oktyabrın 1-nə hazır məhsul ehtiyatı 350,5 ton təşkil edib.