DÜNYA » HADİSƏLƏR
27 Oktyabr 2020, 09:14 (GMT +4)

Türkiyənin Hatay vilayətində terror aktı baş verib

Bakı, 27 oktyabr, SalamNews. Türkiyənin cənub-şərqindəki Hatay vilayətinin İskəndərun şəhərində terrorçunun saxlanılması zamanı partlayış baş verib, terrorçu zərərsizləşdirilib, ölən olmayıb. 

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə vilayət qubernatoru Rahmi Doğan məlumat verib.

"İki terrorçunun təqibi zamanı İskəndərunda partlayış baş verdi. Ölən yoxdur. Terrorçulardan biri zərərsizləşdirilib, əməliyyat davam edir", Doğanın açıqlamasında deyilir.

"Habertürk"ün verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, onlardan biri polis məmurudur.