![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() MN: Düşmən kvadrokopteri məhv edilib Bakı, 26 oktyabr, SalamNews. Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır. Bu barədə SalamNews-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. "Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - açıqlamada qeyd olunub. |