AZƏRBAYCAN » SİYASƏT
26 Oktyabr 2020, 17:08 (GMT +4)

MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Bakı, 26 oktyabr, SalamNews. Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.