RUSİYA » SİYASƏT
26 Oktyabr 2020, 16:15 (GMT +4)

Kreml: Qarabağ Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir

Bakı, 26 oktyabr, SalamNews. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Dağlıq Qarabağdakı həll prosesi Rusiya ilə ABŞ arasında siyasi rəqabət meydanına çevrilməməlidir.

"Kəskin bir mərhələdə olan Qarabağ böhranının həlli prosesi rəqabət üçün meydan olmamalıdır və ola bilməz", Peskov bildirib.

SalamNews xəbər verir ki, Peskovun sözlərinə görə, "Rusiya  Minsk Qrupunun həmsədri olaraq müharibəni dayandırmağa kömək edəcək addımları alqışlamağa hazırdır".

"Hazırda müharibə edən tərəflərin təmas bölgəsindəki vəziyyəti yaxından izləməyə davam edirik. Hələ də düşünürük ki, bu problemin sülh yolu ilə həllindən başqa yolu ola bilməz", o deyib.