AZƏRBAYCAN » SİYASƏT
26 Oktyabr 2020, 14:18 (GMT +4)

Sabahın hava proqnozu açıqlanıb

Bakı, 26 oktyabr, SalamNews. Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin SalamNews-a verdiyi məlumata görə oktyabrın
27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər
bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi
əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz
20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer
təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi
rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Oktyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən
yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-
26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 27-28-də Abşeron yarımadasında meteoroloji amillərin
mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən
əlverişlidir.