DÜNYA » SİYASƏT
23 Oktyabr 2020, 10:12 (GMT +4)

Putin: Ərdoğan müstəqil siyasət yürüdür

Bakı, 23 oktyabr, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət yürüdür, Ankaranın Rusiyadan "S-400" hava müdafiə sistemlərini satın alması bunu sübut edir.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Klubundakı çıxışı zamanı açıqlayıb.

“Ərdoğan bunu həyata keçirəcəyimizi dedi və etdik. Məsələn, digər sənaye sahələrində olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də: Türkiyənin müasir  hava hücumundan müdafiə sisteminə ehtiyacları olduğuna qərar verdi, hazırda da dünyada ən yaxşı sistemi  Rusiya istehsalı olan "S-400 Triumf"dur, dedi və satın aldı", Putin bildirib.

Putiin sözlərinə görə, "Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır".