QAFQAZ » CƏMİYYƏT
22 Oktyabr 2020, 12:55 (GMT +4)

Ermənistanda son sutkada 2,3 mindən çox insan koronavirusa yoluxub

Bakı, 22 oktyabr, SalamNews. Ermənistanda koronavirusa yoluxma hallarının sayı 70.836-a yüksəlib.

SalamNews bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 21 oktyabrda bu rəqəm 68.530 olub, beləliklə son sutkada 2.306 yeni yoluxma aşkar edilib.

Ermənistanda 1131 nəfər koronavirusun yaratdığı fəsadlarından ölüb.

19.591 nəfərin müalicəsi davam edir.