AZƏRBAYCAN » SİYASƏT
20 Oktyabr 2020, 09:42 (GMT +4)

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

Bakı, 20 oktyabr, SalamNews. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, oktyabrda Şuraya sədrlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bunu Dağlıq Qarabağla bağlı qapalı iclasdan sonra jurnalistlərə açıqlayıb. 

"İndi atəşkəsin tətbiq olunmasını təmin etmək lazımdır. Əsas məsələ atəşkəsin icrası üzərində nəzarəti necə təmin etmək lazımdır", o deyib.