RUSİYA » SİYASƏT
19 Oktyabr 2020, 17:03 (GMT +4)

Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

Bakı, 19 oktyabr, SalamNews. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, qarşıdurma ritorikasının qarşısını almaq lazımdır.

Onun sözlərinə görə, Dağlıq Qarabağda mülki hədəflərə zərbələr daxil olmaqla atəş dayandırılmalıdır. 

"Növbəti zəruri addım, qarşıdurma ritorikasının sona çatması ilə eyni vaxtda atılması lazım olan addım - döyüş əməliyyatlarını dayandırmaq, mülki hədəflərə hücumları dayandırmaqdır", Lavrov bildirib.

SalamNews xəbər verir ki, nazir qeyd edib ki, bu tələb ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin rəhbərlərinin bəyanatında, eləcə də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 10 oktyabr tarixli Moskva bəyanatında yer alır:

"Moskvadakı görüşdən sonra ümidlərimiz özünü doğrultmadı, döyüş əməliyyatları davam etdi, mülki infrastruktura, yaşayış yerlərinə zərbələr davam etdi. Bu qəbuledilməzdir".