DÜNYA » CƏMİYYƏT
17 Oktyabr 2020, 12:30 (GMT +4)

Avstriya XİN rəhbəri koronavirusa yoluxub

Bakı, 17 oktyabr, SalamNews. Avstriya Xarici İşlər Naziri Aleksandr Şallenberq koronavirusa yoluxub, o evdə karantində saxlanılır, hələ ki xəstəliyin əlamətləri müşahidə edilmir.
SalamNews bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Onun sözlərinə görə, nazirin əlaqə saxladığı şəxslər koronavirus testindən keçəcək.

Qeyd edək ki, nazir oktyabrın 14-də Nazirlər Şurasının iclasında, eləcə də Avstriya Milli Şurasının plenar iclasında iştirak edib.