DÜNYA » SİYASƏT
14 Avqust 2020, 11:13 (GMT +4)

Reuven Rivlin BƏƏ-nin vəliəhd şahzadəsini İsrailə dəvət edib

Bakı, 14 avqust, SalamNews. İsrail Prezidenti Reuven Rivlin Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayed Əl Nahyanı İsrailə dəvət edib.

Bu barədə İsrailin "Maariv" qəzeti xəbər verir.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Rivlin BƏƏ və İsrail arasındakı münasibətlərin normallaşdırılmasına dair razılaşmanı bölgə üçün yeni imkanlar yaradan vacib və strateji mərhələ adlandırıb.

İsrail lideri ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nahyanı bu "müvəffəqiyyətli razılaşma münasibəti" ilə  təbrik edib və əl-Nahyanı İsrailə dəvət edib.