MDB ÖLKƏLƏRİ » SİYASƏT
13 Avqust 2020, 13:54 (GMT +4)

Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

Bakı, 13 avqust, SalamNews. Belarusda ölkə daxilində keçirilən kütləvi aksiyalar zamanı təxminən 700 nəfər həbs olunub. SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Təxminən 700 nəfər icazəsiz aksiyalarda iştirak etdiyinə görə saxlanılıb", məlumatda deyilir.

Avqustun 10-da Belarus Daxili İşlər Nazirliyi 3 min, 11-də təxminən 2 min, 12-də isə 1000-dən çox aksiya iştirakçısının saxlanıldığını açıqlayıb. 

Eyni zamanda KİV-lər Minskdəki iğtişaşların koordinatorlarının saxlanıldığı barədə məlumat yayıb.