DÜNYA » CƏMİYYƏT
05 Avqust 2020, 17:36 (GMT +4)

Roma Papası Livan xalqına başsağlığı verib

Bakı, 5 avqust, SalamNews. Roma papası Fransisk Livan xalqına başsağlığı verib və Beyrut limanında baş verən partlayış nəticəsində həlak olanlar üçün dua edib.

SalamNews xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.

"Qurbanlar və onların yaxınları üçün dua edək, Livan üçün dua edək ki, bu faciəli və ağrılı anın öhdəsindən gələ bilsinlər", o deyib.

O, həmçinin beynəlxalq birliyi Livan dövlətinə kömək etməyə çağırıb.