DÜNYA » CƏMİYYƏT
04 Avqust 2020, 13:28 (GMT +4)

Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

Bakı, 4 avqust, SalamNews. Çili hökuməti pərakəndə satış yerlərində plastik torbaların istifadəsinə qadağa tətbiq edib. Ölkədə təxminən iki il idi bu istiqamətdə müvafiq islahatlar aparılırdı.

SalamNews  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Karolina Şmidt açıqlama verib.

"Plastik torbalardan imtina 3 avqust 2018-ci ildə başlayıb və bu gün son addım atıldı, kiçik və orta mağazalarda plastik torbalar qadağan edildi", nazir bildirib.

Ölkə hökuməti daha əvvəl supermarketlərdə plastik torbaların satışına və istifadəsinə qadağa qoymuşdu.