DÜNYA » SİYASƏT
30 İyul 2020, 10:20 (GMT +4)

ABŞ Əsədin oğlu və Suriya ordusunun diviziyasına qarşı sanksiyalar tətbiq edib

Bakı, 30 iyul, SalamNews. ABŞ, Suriya prezidenti Bəşər Əsədin oğlu Hafez də daxil olmaqla 10 Suriya vətəndaşına və 10 təşkilata sanksiya tətbiq edib. Onların arasında Suriya Ərəb Ordusunun 1-ci Tank Diviziyası da var.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Bugünkü sanksiyaların hədəfi, rejimi dəstəkləməklə məşğul olan korrupsioner suriyalı iş adamı və lüks daşınmaz əmlak tikərək Suriya rejimini zənginləşdirməklə məşğul  olan doqquz hüquqi şəxsdir.

ABŞ həmçinin yüksək rütbəli general da daxil olmaqla Əsad rejimi ilə əlaqəsi olan üç şəxsi qara siyahıya salıb", sənəddə deyilir.