DÜNYA » CƏMİYYƏT
28 İyul 2020, 17:46 (GMT +4)

İranda COVID-19-dan rekord sayda insan dünyasını dəyişib

Bakı, 28 iyul, SalamNews. İranda son 24 saat ərzində daha 235 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin sayı 16 147-yə çatıb.

SalamNews -un Tasnim-ə istinadən verdiyi xəbərə görə, bunu İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadatları açıqlayıb.

"Son 24 saat ərzində 2 667 nəfərdə koronavirusa yoluxma aşkar edilib. Onlardan 1687-si xəstəxanaya yerləşdirilib.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 293 606  nəfərə çatıb, 257 000 xəstə sağalıb.

Daha 3902 xəstənin vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrində müalicə olunur", Sadatlari bildirib.