DÜNYA » SİYASƏT
22 İyul 2020, 10:11 (GMT +4)

Ərdoğan və Merkel Liviya və Suriyadakı vəziyyəti müzakirə edib

Bakı, 22 iyul, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefon danışığı keçirib.

SalamNews -un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, telefon söhbətində tərəflər Liviya və Suriyadakı vəziyyəti müzakirə edib.

İki ölkə rəhbəri ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılacaq addımları nəzərdən keçirib.

Həmçinin pandemiyası ilə mübarizə, o cümlədən post-pandemiya dövründə qarşılıqlı fəaliyyətin artırılması barədə fikir mübadiləsi aparılıb.