AZƏRBAYCAN » İQTİSADİYYAT
20 İyul 2020, 10:27 (GMT +4)

Daha bir “BirKart BOKT” filialı fəaliyyətə başlayıb

Bakı, 20 iyul, SalamNews. Kapital Bank-ın təsisçi olduğu “BirKart BOKT” MMC-nin növbəti Elmlər Akademiyası filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, 556/57-ci məhəllə, H.Cavidpr. A-da (Elmlər Akademiyası metro stansiyasının çıxışında) yerləşir. Filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir.Mərkəzdə 24 saat fəaliyyət göstərən ATM və Cash-in ödəniş terminalı da müştərilərin xidmətindədir.

Burada müştərilər ümumi olaraq BirKart haqqında, eyni zamanda partnyor guşəsində Kapital Bank-ınpartnyorları və onların kampaniyaları barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, əlavə imkan kimi daxildə yerləşən müəyyən partnyorların stendləri ilə tanış olub BirKart rəsmiləşdirilməsindən sonra müvafiq məhsulları taksitdən istifadə etməklə, əldə edə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback,taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dəkCashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər.