DÜNYA » SİYASƏT
15 İyul 2020, 15:25 (GMT +4)

ABŞ xarici tələbələrin vizaları ilə bağlı qərarı ləğv edib

Bakı, 15 iyul, SalamNews. Çərşənbə axşamı ABŞ ölkədə olan və koronavirus səbəbilə dərsləri onlayn formatına keçirilən xarici tələbələrin vizalarının ləğvini nəzərdə tutmuş qərarı ləğv edib. SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.  

Qərarı Bostondakı məhkəmə prosesinin əvvəlində tərəfləri dinləyən federal hakim Ellison Berrou elan edib. Hökümətin sərəncamı Harvard Universiteti və Massaçusets texnoloji institutu tərəfindən mübahisələndirilmişdi. Daha öncə 18 ştat və paytaxt Kolumbiya dairəsi də analoji şikayətlə müraciət etmişdilər.