RUSİYA » CƏMİYYƏT
14 İyul 2020, 12:38 (GMT +4)

Rusiyada son sutkada 175 nəfər koronavirusdan ölüb  

Bakı, 14 iyul, SalamNews. Rusiya Federasiyasında son sutkada COVID-19-a yoluxma hallarının sayı 6 248 artaraq 739,947-ə çatıb.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

"Rusiyada son 24 saat ərzində 83 bölgədə 6 248 nəfər koronavirusa yoluxub, 1531 nəfərdə xəstəliyin kliniki təzahürləri yoxdur", - deyə məlumatda bildirilir.

Son sutkada 175 nəfər ölüb, ümumilikdə ölənlərin sayı 11 614 nəfərə çatıb.

Müalicədən sonra 8 804 nəfər xəstəxanadan buraxılıb, ümumilikdə 512 825 xəstə sağalıb.