AZƏRBAYCAN » İQTİSADİYYAT
11 İyul 2020, 14:40 (GMT +4)

“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

Bakı, 11 iyul, SalamNews. “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə müvəqqəti olaraq baş direktor vəzifəsi üzrə səlahiyyət, baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunub.

STP-dən SalamNews-a verilən məlumata görə, müəssisənin baş direktoru Emin Məmmədov öz xahişi ilə 17 iyul tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq.