DÜNYA » SİYASƏT
09 İyul 2020, 11:50 (GMT +4)

Tramp ABŞ və Meksika arasındakı münasibətlərin "əla" olduğunu açıqlayıb 

Bakı, 9 iyul, SalamNews. ABŞ prezidenti Donald Tramp, Meksika prezidenti Andres Manuel Lopez Obrador ilə görüşdə iki ölkə arasındakı münasibətlərin əla olduğunu açıqlayıb.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Prezident Lopez Obrador ilə çiyin-çiyinə çalışaraq münasibətlərimizi yeni zirvələrə yüksəltdik,  iqtisadi və təhlükəsizlik sahəsində güclü əməkdaşlıq qururuq. Ölkələrimizin qarşılaşdığı ən çətin problemləri birgə həll etdik", Tramp Meksika Prezidenti ilə birgə bəyanatın imzalama mərasimi zamanı jurnalistlərə açıqlayıb.

O, yeni ABŞ-Meksika-Kanada üçtərəfli iqtisadi sazişin (USMCA) vacibliyini vurğulayıb.

Tramp, ABŞ-da yerli icmaları gücləndirən 36 milyon Meksika əsilli vətəndaşın yaşadığını bildirib.

Öz növbəsində Lopez Obrador da Meksikada 1,5 milyon amerikalıın yaşadığını qeyd edib.