DÜNYA » SİYASƏT
09 İyul 2020, 10:58 (GMT +4)

ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

Bakı, 9 iyul, SalamNews. Vaşinqton, BMT-nin Məhkəmədənkənar edam işləri üzrə xüsusi məruzəçisi Aqnes Kallamarın İran generalı Qasim Süleymaninin öldürülməsini qeyri-qanuni adlandıran hesabatını "intellektual vicdansızlıq" olaraq  xarakterziə edib.

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, hesabatda ABŞ-ın xüsusi əməliyyatı nəticəsində Süleymaninin qətli beynəlxalq hüququ pozan akt adlandırılıb.

"ABŞ-ın özünümüdafiə fəaliyyətini pisləyən hesabat yayımlamaq üçün xüsusi intellektual vicdansızlıq  tələb olunur", Departamentinin sözçüsü Morqan Ortaqusa deyib.

Onun sözlərinə görə, məruzəçi ABŞ-ın fikrincə dünyanın ən təhlükəli terrorçulardan biri olan general Süleymanini təqdir etməkdən də çəkinməyib.