RUSİYA » CƏMİYYƏT
08 İyul 2020, 15:53 (GMT +4)

Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

Bakı, 8 iyul, SalamNews. Çeçenistan Respublikasında yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib. Bundan əvvəl koronavirusun yayılması təhlükəsi səbəbindən ziyafətlərin zallarda  keçirilməsi qadağan edilmişdi. 

SalamNews "Rusiya" qəzetinə istinadən xəbər verir ki, bu barədə bölgənin lideri Ramzan Kadırov məlumat verib.

"Sosial məsafə tədbirlərinə riayət etməklə toyların banket salonlarında keçirilməsinə qərar verdim. Bu cür zallarda oturacaqların və masaların sayını iki dəfə azaltmaq lazımdır", Kadırov bildirib.

O həmçinin qeyd edib ki, bu tələblərin yerinə yetirilməsinə nəzarət etməli olan qurum yoxlamanı gücləndirəcək. Bu, ilk növbədə fərdi qoruyucu vasitələrə aiddir.