DÜNYA » CƏMİYYƏT
07 İyul 2020, 12:53 (GMT +4)

Alimlər xəbərdarlıq edir: yaxın 10 ildə yeni koronavirus peyda olacaq

Bakı, 7 iyul, SalamNews. Sinqapurdan olan alimlər yaxın 10 il ərzində heyvandan insana keçə biləcək yeni koronavirusun peyda olacağından əminliklərini ifadə ediblər. SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, Sinqapur Milli universitetinin Yeni infeksion xəstəliklər proqramının rəhbəri professor Van Linfin bu fikri “The Straits Times” qəzetində yayınlanıb.
“Yeni koronavirusun yayılması gözlənilir, bu, dəqiqdir”, - deyə espert bildirib. Eyni zamanda, onun sözlərinə görə, bunun nə vaxt baş verəcəyi və yayılmanın miqyası barədə bir söz söyləmək çətindir. Alim həm də qeyd edib ki, elmi dairələr hazırki koronavirus pandemiyasının kodu olan Sars-CoV-2 virusunun insanlardan heyvanlara keçə biləcəyindən, daha sonra isə əks prosesin baş vermə ehtimalından narahatdırlar.