MDB ÖLKƏLƏRİ » SİYASƏT
02 İyul 2020, 14:21 (GMT +4)

Lukaşenko koronavirusla mübarizədə qələbə çaldıqların açıqlayıb

Bakı, 2 iyul, SalamNews. Belarusiya Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyəti şərh edib.

“Səhiyyə sistemimiz dik durdu. Ancaq mübarizənin dərəcəsini azaltmırıq, əslində biz bu gün belə qələbə çaldığımızı deyə bilərik. COVID-19 üzərindəki son qələbədən sonra bu gün hələ də vəzifə başında duran həkimlərimizlə mütləq ayrıca görüşəcəyik", Lukaşenko deyib.

SalamNews xəbər verir ki, iyulun 1-nə olan məlumata görə, Belarusiyada koronavirusa yoluxanların sayı 62.424 nəfər təşkil edir.

Qeyd olunur ki, COVID-19 diaqnozu qoyulmuş 47.553 xəstə sağalıb və xəstəxanadan evə buraxılıb.