DÜNYA » SİYASƏT
02 İyul 2020, 10:16 (GMT +4)

Çin səfiri Honkonq qanunu ilə bağlı İngiltərə XİN-ə çağırılıb

Bakı, 2 iyul, SalamNews. Çinin İngiltərədəki səfiri Lyu Syaomin İngiltərə Xarici İşlər Nazirliyinə çağrılıb. Buna səbəb İngiltərinin Çini Honkonqun suverenliyini pozmaqda ittiham etməsi olub.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə "Sky News" məlumat yayıb.  

Kanalın məlumatına görə, İngiltərə Xarici İşlər Nazirliyi London səfirini bu məsələ ilə bağlı İngiltərə xarici işlər nazirinin müavini Saymon MakDonald ilə görüşmək üçün çağırıb.

Qeyd edək ki, İngiltərənin Baş naziri Boris Conson bildirib ki, Honkonqun milli təhlükəsizliyinin qorunması haqqında qanun  İngiltərə ilə Çin arasında  bölgənin muxtariyyəti ilə bağlı imzalanan bəyannamənin müddəalarına ziddir.