DÜNYA » SİYASƏT
01 İyul 2020, 17:56 (GMT +4)

Putin "Astana" sammiti üçün Tehrana getməyə hazır olduğunu açıqlayıb

Bakı, 1 iyul, SalamNews. Rusiya Prezidenti Vladimir Putin ilk fürsətdə "Astana formatı" sammitində iştirak etmək üçün Tehrana getməyə hazır olduğunu bildirib.

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, o, bunu Rusiya, İran və Türkiyə prezidentlərinin Suriyaya dair video-konfrans formatında keçirilən görüşü zamanı açıqlayıb.

Sammitdən sonra qəbul edilən birgə bəyanatda Rusiya Federasiyası, Türkiyə və İran prezidentləri İdlib de-eskalasiya zonasında  sakitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani  İŞİD, Cabhat əl-Nusra və Əl-Qaidə ilə əlaqəsi olan  bütün şəxslərin, qrupların və təşkilatların tamamilə məhv edilməsi naminə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha təsdiqləyib.